Trampın iclasında dava: İlon Mask bu dəfə susduruldu...
Ağ Evdə hökumətin keçiridiyi iclasda Tramp komandasının üzvləri İlon Maskla Dövlət katibi Marko Rubio arasında yaşanan qalmaqal gündəm olub. Ölkə.Az xəbər verir ki, bu barədə NYT yazır. Nəşrin yazdığına görə, iclasda Mask dövlət katibi Rubionu işçilərin sayını azaltmamaqda günahlandırıb. O, dövlət katibinə deyib ki, heç kəsi işdən çıxarmayıb. Rubio isə Maskın bu sözlərindən sonra onu vicdansızlıqda ittiham edərək söyləyib ki, Dövlət Departamentində 1500 nəfər erkən təqaüdə göndərilib. Bundan sonra Maskla Rubio arasında mübahisə qızışıb və nəticədə prezident Tramp prosesə müdaxilə etmək məcburiyyətində qalıb. Tramp Rubionu müdafiə edərək onun işdən çıxarılanlarla bağlı qərarını “fantastik iş” kimi dəyərləndirib. Tramp daha sonra Rubionu çox yaxşı tanığını və bacarıqlı biri olduğunu qeyd edərək hamının birlikdə işləməli olduğunu qeyd edib. Bu toplantı Trampın Maskla bağlı artan şikayətləri nəzərə almasına işarə kimi qiymətləndirilib. Görüşdə Tramp Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) missiyasını dəstəklədiyini, lakin onun yanaşmasında bir az ehtiyatlı olmasının vacibliyini də xatırladıb. Tramp həmçinin bildirib ki, artıq onun katibləri məsuliyyətli olacaq, Maskın komandası isə yalnız tövsiyələr verəcək.