DİKTATORLAR və onların ƏRKÖYÜN ÖVLADLARI... - FOTOLAR

Diktatorlar və onların ərköyün övladları... - FOTOLARTarixdə hakimiyyəti tamamilə öz əllərinə almış insanların adları ilə doludur. Stalin, Hitler, Səddam Hüseyn... 
 
Bu diktatorların adlarını kim eşitməyib?
 
Lakin bu insanların övladlarının adları  valideynlərinin şöhrəti yanında kölgədə qalıb. FaktXeber.com diktatorların övladlarının həyatları barədə məlumat verir.
 
 
 
Udey Hüseyn - Səddam Hüseynin oğlu
Səddam Hüseynin hakimiyyəti dövründə onun oğlanları üçün heç bir yasaq mövcud deyildi. Udey qadınlara və dəbdəbəyə olan sevgisi ilə tanınırdı. 
Gənc qadınlar elə küçədəcə oğurlanır, Udeyin malikanəsinə aparılır və orada təcavüzə məruz qalırdılar.
Bundan əlavə Udeyin sadizmə meyilliyi var idi. Deyilənə görə, o, öz köməkçilərindən ikisini şəxsən özü ölümcül döyüb.
 
I Fyodr - VI İvanın oğlu
İvan Qroznının ikinci övladı doğulduğu gündə əqli zəifliyi ilə seçilməsinə baxmayaraq, atasının sevimlisi idi. İlya Repinin öz əsərində təsvir etdiyi hadisələrdən sonra Fyodr taxtın varisi olur. 
Lakin onun övladı olmur və bu Ryurikoviçlər  sülaləsinin sonu olur. Əslində, bu məsələdə qəzəbli olanda oğlu İvanı öldürən  İvan Qroznının özü təqsirkar idi.
 
 
Jan Mari Lore - Adolf Hitlerin oğlu (bir versiyaya görə)
Hitlerin bir rəsmi xanımı olub - Yeva Braun. Onların övladları olmayıb. Bəzi məlumatlara görə, I Dünya müharibəsi zamanı Hitler  fransalı qəssabın 16 yaşlı qızı Şarlotta ilə eşq macərası yaşayıb. Bu roman 1917-ci ildə bitir, 1918-ci ildə isə  Şarlottanın oğlu olur. Adını Jan Mari qoyurlar. Doğum haqqında şəhadətnamədə yazılır ki, uşağın atası alman əsgəridir. 
 
1951-ci ildə 33 yaşla Jan Mari çox da yaxşı münasibətləri olmayan anasını ziyarət edir. Qadın ölümündən əvvəl  oğluna Hitlerin törəməsi olduğunu bildirir.
 
Jan Mari üçün bu çox ağır xəbər olur. Üstündən 20 il keçdikdən sonra o, tanınmış fransalı vəkil Fransua Qibonun ofisinə gedərək, Hitlerin oğlu olduğunu bəyan edir və nə edəcəyini bilmədiyini deyir. Bundan 10 il sonra onun "Sənin atan Hitlerdir" avtobioqrafik kitabı çıxır. Kitaba tənqidlə yanaşılır və o, bestsellerə çevrilmir.
 
Jan Mari 1985-ci ildə dünyasını dəyişir. Bu günə qədər tarixçilər arasında onun həqiqətən də Hitlerin oğlu olub-olmadığı barədə mübahisələr davam edir.
 
Yakob Cuqaşvili - İosif Stalinin oğlu
Stalinin böyük oğlu Yakob İosif heç bir zaman atası tərəfindən sevilməyib. O, hətta ürək nahiyyəsinə atəş açmaqla öz həyatına qəsd etməyə də çalışıb. Lakin atası güllənin hədəfə dəyməməsinə sadəcə gülüb.
 
Belə bir deyim var: Stalin əsgəri feldmarşala dəyişmir. Bu söz məhz Yakoba aiddir. Belə ki, deyilənə görə, Hitler  Yakobun müqabilində feldmarşal Paulyusu dəyişməyi təklif edir, lakin imtina cavabı alır.
 
 
Müttəsim Qəzzafi - Müəmmar Qəzzafinin oğlu
Müttəsim hökumətin inanılmış şəxslərindən olub. 
Öz dövründə o, hətta Hillari  Klintonla da görüşür, bu da  Liviya-Amerika  əlaqələrini yüksək səviyyəyə qaldırır.
Sirtdə çevriliş zamanı atası ilə birlikdə öldürülür.
 
Kim İr Sen - Kim Çen İr - Kim Çen In
1946-cı ildə hakimiyyətdə olan və ən qədim cari sülalələrdən biridir. 
Əvvəlcə hakimiyyətdə Kim İr Sen olub, 1994-cü ildə onu oğlu Kim Çen İr əvəzləyir. Hazırda isə sonuncunun kiçik oğlu  Kim Çen In hakimiyyətdədir.
 
Kim Çen In İsveçrədə təhsil alıb, sonradan babasının adına universitet və hərbi məktəbi bitirir. Onun üçün hətta xüsusi vəzifə də təsis olunub - KXDR-in ali başçısı...
 
Kim Çen İrin böyük oğlu Kim Çen Nam isə saxta pasportla Yaponiyaya gedərkən saxlanılıb. Sonradan bildirmişdi ki, o, Disneylendə getmək istəyirmiş.
 
 
Marko Miloşeviç - Slobadan Miloşeviçin oğlu
Slabodan Miloşeviç hakimiyyətə gəldikdən sonra qanunları elə dəyişdi ki, ölkəni praktiki olaraq tək idarə etməyə başlasın. Lakin  kütləvi küçə yürüşlərindən sonra o, vəzifədən uzaqlaşdırılır.
 
Atasından fərqli olaraq  Marko  heç zaman siyasətlə maraqlanmayıb, bütün dünyada ticarətlə məşğul olub.
 
Niku Çauşesku - Nikolaye Çauşeskunin oğlu
Rumınya diktatorunun oğlu  atası sayəsində ona verilən bütün imkanlardan istifadə edib. Məsələn, Kiçik Nikolaye öz xoşuna gələn qadınlara təcavüz etmə adətinə malik idi. 
Atasının edamından sonra 1989-cu ildə Niku 20 il müddətinə azadlıqdan məhrum edilir. Azadlığa çıxdıqdan sonra isə qaraciyər serrozundan dünyasını dəyişir.






Fikirlər