“ATAM OĞRUDUR, AZƏRBAYCANDAN QAÇMAQ İSTƏYİRƏM” – Nazir müavininin oğlu

 

memur-300x209Atası nazirliklərin birində müavin vəzifəsində işləyən bir gənc mənə müraciət edib. O, ölkədən qaçmaq istəyir. Mənə də kömək üçün müraciət edib”.

Bunu öz facebook səhifəsində hüquq müdafiəçisi Əlövsət Əliyev bildirib.

Ə.Əliyev yazır ki, məmur oğlu ona müraciətində atasının əməllərindən bezdiyini bildirib: “Həmin gənc yazıb ki, atamın rəsmi əməkhaqqı 1400 manatdır. Lakin o, hər gün evə bu məbləğdən dəfələrlə çox pul gətirir. Onun qanunsuz fəaliyyətinə görə evdə daim əsəb və qorxu hökm sürür, özümüzü oğru kimi hiss edirik, hərəkətlərimə qoyulan məhdudiyyətlərə dözə bilmirəm. Evdə rəsmiyyət o həddədir ki, özümüzü dövlət idarələrində olan şəxs kimi hiss edirik. Bu vəziyyətə dözmədiyim üçün atamdan imtina etmək və sərbəst yaşamaq istəyirəm. Həmin gənc məndən bunun qaydasını ona izah etməyimi xahiş edir”.(Azadliq.info)






Fikirlər