ANAR: "Ortaq türk dilinin yaranması mümkün deyil"
"Ortaq türk dilinin yaranması mümkün deyil". "Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib. Onun sözlərinə görə, ortaq dil yaratmağa çalışmaq əvəzinə, Türk dilləri arasından ünsiyyət, rabitə dili seçmək lazımdır: "Bütün türk xalqları arasında ünsiyyət dili Türkiyə türkcəsi seçilə bilər. Bu dil daha məqsədəuyğundur, çünki türk dilləri arasında ən zəngin, ən münasib dildir". Xalq yazıçısı bildirib ki, Azərbaycan dilində bəzi sözlərə konseptual yanaşma olmalıdır: "Bəzi sözlər var ki, biz bütün dünyadan fərqli işlədirik. Məsələn, bütün dünya "sputnik", biz isə "peyk" deyirik. Bu halda komissiyanın adı dəyişməlidir, çünki "Terminologiya" rus sözüdür, "Teminoloji Komissiya" daha düzgündür".