ABŞ prezidentliyinə namizəd RUSLARI ölkədən qovmağı təklif etdi
ABŞ prezidentliyinə namizədlərdən biri Marko Rubio Kuba rəhbərliyini ölkədəki rusları qovmağa çağırıb. AzerTaym.az xəbər verir ki, ABŞ prezidentliyinə Respublikaçılar partiyasından olan namizəd Marko Rubio Kubanı bu ölkədəki Lurdes şəhərində yerləşən radiolokasiya stansiyasından qovmağa çağırıb. "Mən Kubanı rus hərbçilərini ölkədən çıxarmağa çağırıram. Bunun üçün mən prezident olsaydım, Kubanın ABŞ-dakı səfirliyini bağlayardım və bu şərti onların qarşısına qoyardım", deyə Rubio teledabatlardan birində bildirib. Xatırladırıq ki, Kuba ilə ABŞ arasında son zamanlar yaxınlaşma müşahidə olunur.