Rövşən Lənkəranskinin qardaşı Türkiyədən DEPORTASİYA OLUNUR

Həbsdən buraxıldıqdan sonra İstanbulda mənzillənən məşhur kriminal avtoritet “Lotu Quli”ni öldürmək üçün gedən killerlər qrupunun bəzi üzvlərinin, o cümlədən “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin  Azərbaycana deportasiyası gözlənilir.

 AzerTaym.az xəbər verir ki, bu barədə virtualaz.org-a İstanbuldakı mənbələr bildiriblər.

 Qeyd edək ki, Namiq Canıyev də daxil olmaqla sui-qəsd planı hazırlayan qrupun üzvləri ötən axşam İstanbulun Baxçalıevlər məhəlləsindəki “Ömür” ticarət mərkəzinin restoranında keçirilən xüsusi əməliyyatda saxlanılıb. Əməliyyatı antiterror polisi keçirib və silahlı qrupa qarşı əməliyyat zamanı küçədə hərəkət dayandırılıb, ticarət mərkəzinə giriş-çıxış kəsilib.

 Əməliyyatda Namiq Canıyevlə birlikdə tutulanlar bunlardır: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.






Fikirlər