İstanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinin qarşısını alıb.
Azadlığa çıxdıqdan sonra N.Səlifov İstanbula yollanmışdı. Noyabrın 2-də İstanbulun hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsdin hazırlanması barədə operativ məlumat alıblar.
Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 13 nəfərdən ibarət killerlərlə görüş keçirir. Görüş İstanbulda Bakırköy ərazisində yerləşən Ömür plaza alışveriş mərkəzində baş tutub.
İstanbul xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür” alışveriş mərkəzində saxlanılıb. Dəstə üzvlərinin üzərlərindən xeyli sayda sənədsiz silah götürülüb. İddalara görə, killer dəstəsinə öldürülmüş "qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və "Max”ləqəbli Sabri Şirin başçılıq edib.
Qrupa həmçinin aşağıdakı şəxslər daxil olublar: Mehmet Sabri Şirin, Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Deniz.
Qeyd edək ki, saxlanılan şəxslər arasında Rövşən Lənkəranskinin dəfnində iştirak etmiş şəxslər var(Unikal.org).
Fikirlər