“Təhdid edilməyəcək qədər VARLIYIQ”

1499413247

Böyük Britaniyanın Times qəzetinə danışan Qətərin maliyyə naziri Əli Şərif Əl-Emadi, Qətərin təhdid edilməyəcək qədər çox varlı bir ölkə olduğunu deyib.

Maliyyə naziri, “Ümumi daxili məhsulun 250%-i qədər valyuta ehtiyatlarına malikik. Qətər Mərkəzi Bankının valyuta ehtiyatları var. Maliyyə Nazirliyinin strateji ehtiyatları var” deyib.

Əl-Emadi, on illərdir davam edən təbii qaz satışının nəticəsi olaraq güclü maliyyə ehtiyatlarına malik olduqlarını deyib.

Ölkəsinin iqtisadiyyatını, Dohaya embarqo tətbiq edən ölkələrin iqtisadiyyatları ilə müqayisə edən Əl-Emadi, iqtisadi təməllərinin bu ölkələrdən daha güclü olduğunu bildirib.

Əl-Emadi, “Bəhreyn və Misirin kredit reytinqi zibil səviyyəsindədir. Səudiyyə Ərəbistanına baxsanız maliyyə vəziyyətləri ilə bağlı real problemlər yaşadıqlarını görürsünüz. Bölgədə ən sürətli böyüyən ölkəyik. Bizə ən yaxın Körfəz Əməkdaşlıq Təşkilatı üzvü ölkədən (Birləşmiş Ərəb Əmirlikləri) 40 faiz daha sürətlə böyüyürük” ifadələrini işlədib. /”Marja”

 






Fikirlər