“SARKİSYAN RƏDD OL!” -ERMƏNİSTAN İNQİLABIN BİR ADDIMLIĞINDA – FOTO/VİDEO (YENİLƏNİR)

“Sarkisyan rədd ol!” - Ermənistan inqilabın BİR ADDIMLIĞINDA – FOTO/VİDEO (YENİLƏNİR)

Koryuna küçəsində nümayişçilər Yerevan Dövlət Baza Tibbi Kollecinin tələbələrini onlara qoşulmağa çağırıblar. 

Bunanın qapılarının bağlı olduğunu görən Paşinyanın tərəfdarları zorla qapıları açaraq içəri daxil olublar.

Tələbələrə çağırışı çatdıran nümayişçilər sonra binadan çıxıblar və yürüşü davam etdiriblər.

Etirazçılar həmçinin İrəvan Pedoqoji Universitetinə daxil olublar. Paşinyan həmçinin universitetin müxtəlif mərtəbələrinə çıxaraq, tələbələri onlara qoşulmağa səsləyib.

***

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı keçirilən aksiyalar genişlənməkdədir.

Publika.az news.am saytına istinadən xəbər verir ki, Yerevanın bir neçə mərkəzi küçəsini bağlayan tələbələr və polis arasında toqquşmalar baş verib.

Nümayişçilər polisdən vətəndaşların yerdəyişməsi hüququnun məhdudlaşdırılmamasını tələb edirlər.

Qeyd edək ki, aprelin 13-də “Vətəndaş müqaviləsi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyan Serj Sarkisyanın mümkün baş nazirliyinə qarşı etiraz əlaməti olaraq gecə-gündüz aksiyasına başlayıb. Aksiya iştirakçıları prezident administrasiyası və parlament binalarının yerləşdiyi Baqramyan prospekti də daxil olmaqla, şəhərin mərkəzi küçələrini, o cümlədən ətraf rayonları şəhərin mərkəzi ilə bağlayan yolları bağlayıblar. Paytaxtda hərəkət artıq üçüncü gündür ki, iflic olub.

İşə tələsən insanlar yaranmış vəziyyətdən şikayət etsələr də, Paşinyan narahatlığa görə üzr istəyib və aksiyanın nə üçün keçirildiyini xatırladıb.

“Biz vətəndaşlardan üzr istəyirik. Amma biz bu kiçik narahatlıqla ən böyük narahatlıqdan – Serj Sarkisyan və Respublika Partiyasından qaçmağa çalışırıq”, - Paşinyan bildirin.

Onun sözlərinə görə, tezliklə başqa küçələrdə də hərəkət kəsiləcək  Öz növbəsində, polis nümayişçilərin Baqramyan prospekti üzrə irəliləyişinin qarşısını almaq üçün aksiyanın keçirildiyi yerləri mühasirəyə alıb.

Ermənistan KİV-inin yazdığına görə, Paşinyanın tərəfdarları “Yeritasardakan” metro stansiyasında hərəkəti bloklamağa çalışıblar. Onlar vaqonların qapılarının arasında uzanıblar. Polislər onları metro stansiyasından uzaqlaşdıra bilib. Bəzi xəbərlərə görə, metronun işi hazırda dayandırılıb.

Paşinyan bildirib ki, aksiyanın son məqsədi vətəndaşların maksimal sayının cəlb edilməsi ilə aprelin 17-də Serj Sarkisyanın baş nazirliyi üçün səs verəcək parlamentin işini iflic etməkdir.

Onun sözlərinə görə, əgər Ermənistan parlamentindən kənarda iclas baş tutsa, Yerevanı öz nəzarəti altına alacaqlar.

“İrəvan həqiqətən Ermənistan Respublikasının vətəndaşlarının paytaxtı olacaq. Biz hər şeyi bloklayacağıq. Hədəfimiz parlamentin sabahkı iclasına maneə yaratmaq və vətəndaşların küçədə olmasını təmin etməkdir”, – erməni deputat bildirib.

Parlament üzvü bütün tərəfdarlarını parlament binasının ətrafına toplaşmağa çağırıb. Öz növbəsində, hüquq-mühafizə orqanları parlamentin binasına yaxınlaşmağı mitinq edənlərə qadağan edib.






Fikirlər