Ramil Usubov 3 rayonda polis rəisini dəyişir
Daxili İşlər naziri Ramil Usubovun əmri ilə bir neçə rayonun polis şöbəsinin rəisləri dəyişdiriləcək.
Verilən məlumata görə, bununla bağlı nazirin əmri artıq hazırdır. Yaxın zamanda əmrin rəsmən elan ediləcəyi gözlənilir. Dəyişdiriləcək polis rəislərinin adı da artıq məlumdur. Bunlar Biləsuvar Rayon Polis Şöbəsinin rəisi, polkovnik Saleh Abdullayev, Lənkəran Rayon Polis Şöbəsinin rəisi, polkovnik Möhübbət Hüseynov, Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polkovnik-leytenant Namiq Camalovdur.