Sarkisyanın QARABAGDA yetişdirdiyi terrorçular AFRİNƏ göndərildi və... - SENSASİYA

Sarkisyanın Qarabağda yetişdirdiyi terrorçular Afrinə göndərildi və... - SENSASİYA

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey daha bir sensasiyalı informasiya açıqlayıb.

Publika.az xəbər verir ki, ASİMDER rəhbəri ermənilərin, eləcə də Ermənistandan gedən yezidi kürdlərin də PKK/PYD/YPG terror təşkilatının tərkibində Afrində türk ordusuna qarşı döyüşdüyünü açıqlayıb.

G.Gülbey həmçinin qeyd edib ki, hazırda erməni və süryanilərdən ibarət 14 xristian gənc Afrində türk ordusuna qarşı döyüşür: “Bu xristian qrupun içində 4 erməni, 3 süryani gənc var. 14 xristian gənc bu ilin 19 yanvar tarixində PKK/PYD/YPG terror təşkilatına qatılıb. Bu günlərdə Afrin əməliyyatı zamanı 24 yaşlı erməni Roşer Konisin öldüyü haqda məlumat yayılıb. Bu gənc terrorçuların tərkibində türk ordusuna qarşı döyüşən ermənilərdəndir”.



ASİMDER rəhbəri hazırda erməni işğalında olan Dağlıq Qarabağdakı PKK terrorçularının da türk ordusuna qarşı döyüşmək üçün Afrinə yollandığını deyib.

“Qarabağda 12 təlim düşərgəsindəki 1750 PKK/PEJAK terrorçusu İran və İraq üzərindən Suriyanın Qamışlı bölgəsinə gedir. Qamışlıda toplanan terrorçular mülki şəxs geyimində silahsız şəkildə Münbiçə, oradan da Afrinə gedir və ABŞ-ın verdiyi silahlarla türk ordusuna qarşı döyüşür”, - deyə G.Göksel qeyd edib.






Fikirlər