Dövlət İmtahan Mərkəzində (DİM) ayrı-ayrı fənlər üzrə keçirilən elmi-metodik seminarlar fəaliyyətini davam etdirir.
DİM-dən AzerTaym.az-a bildirilib ki, müvafiq fənlər üzrə təşkil olunan seminarlarda 2018-ci ildə keçiriləcək buraxılış imtahanının, hərbi liseylərə və ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının müzakirəsi başa çatıb. Müzakirələr nəticəsində artıq proqramlar təsdiqlənib. Buraxılış və qəbul imtahanlarının proqramları 2018-ci ildə "Abituriyent” jurnalının birinci nömrəsində dərc olunacaq.
Hazırda elmi-metodik seminarlarda bu il qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəriciləri baxımından təhlili edilir.
Fikirlər