700 bal toplayan ŞƏHİD bu evdə yaşayıb – FOTOLAR

700 bal toplayan şəhid bu evdə yaşayıb – FOTOLAR

Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olan, Zəngilan rayonundan məcburi köçkün Müşfiq Orucovun ailəsinin sosial durumu çox bərbad vəziyyətdədir.

Vizual.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Şəhidin ailəsini ziyarət edən şəxslər qeyd edir ki, ailə H.Z.Tağıyev adına Toxuculuq Fabrikinin yataqxanasında daxma boyda bir otaqda yaşayır:

"Şəhidin valideyinləri neçə illərdir müəllim maaşı ilə birtəhər dolanırlar. Ailəyə pul yardımı etmək istəyənlər olub. Amma şəhidin valideynləri məğrurdur, bunu qəbul etməyib. Lakin ailənin qaldığı yer şəkillərdən də göründüyü kimi çox acınacaqlıdır. Yeməyi də bu otaqda yeyirlər, yatmağa da bu otaqda yatırlar, qonağı da bu otaqda qarşılayırlar. Bu gün şəhidin ailəsinə başsağlığına gələnləri ev darısqal olduğundan çöldə qarşılayırlar. Gəlin bu ailə üçün əlimizdən gələni edək ki, onlar mənzillə təmin olunsunlar. Bu ailənin dövlət tərəfindən mənzillə təmin olunmasına ikiqat haqqı çatır. Həm məcburi köçkün, həm də şəhid ailəsidir. Şəhid ailəsi belə bir daxmada yaşamamalıdır”.

 

Qeyd edək ki, Zəngilan rayon sakini Naftalan rayonundan hərbi xidmətə çağırılan Müşfiq Orucovun hərbi xidmətini başa vurmağa cəmi iki ayı qalıbmış. Həmçinin o, 700 bal toplayaraq Azərbaycan Texniki Universitetinə daxil olmuşdu. 

Vizual.az






 






Fikirlər