BINƏQƏDI ŞƏHİD ƏSGƏRİN 40 MƏRASİMİ keçirilib - FOTOLAR

Yanvarın 24-də cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə şəhid olmuş əsgər Rəşad Əlyar oğlu Cəfərzadənin 40 mərasimi  keçirilib. 


Modern.az saytının məlumatına görə, Binəqədi rayonunda keçirilən mərasimdə  İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı Kəmaləddin Qafarov, hüquq-mühafizə orqanlarının, Binəqədi rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin, müəssisə və təşkilatların rəsmiləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Mərasim iştirakçıları və gənclər şəhidin məzarını ziyarət edib, önünə əklil qoyublar. Daha sonra mərasim şəhidin ruhuna dualar oxumaqla davam etdirilib və yaxınlarına dərin hüzünlə başsağlığı verilib. 
Şəhidin dayısı Mahir Pənahov və onun qohumu Şahin Ağayev göstərilən yüksək diqqətə görə Ali baş komandana və Binəqədi rayonu rəhbərliyinə, xidmət göstərdiyi hərbi hissənin kollektivinə öz minnətdarlıqlarını bildiriblər. 
Mahir Pənahov bildirib ki, dövlət vətəninin azadlığı uğrunda canından keçmiş şəhidlərimizə verdiyi qiyməti bir daha təsdiqlədi. 
Mərasimdə çıxış edənlər bildiriblər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən hər bir şəhid Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Ötən il dekabrın 16-da cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə şəhid olmuş 21 yaşlı əsgər Rəşad Əlyar oğlu Cəfərzadə ailənin tək oğlan övladı idi. Rəşad Cəfərzadəni və bacısını dayısı böyüdüb.












Fikirlər