ELNUR ASLANOV “RANGE ROVER”-İN SÜKANI ARXASINDA - Bakı küçələrində… (Foto)

Elnur Aslanov

Ötən ay Azərbaycanı tərk etdiyi xəbəri yayılan Prezident Administrasiyasının keçmiş şöbə müdiri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri Elnur Aslanov bu gün Bakıda görünüb.

“AzPolitika.info”nun əməkdaşı adı “Gülən camaatı” ilə əlaqədə hallanan E.Aslanovu, Xətai metrostansiyasının yaxınlığında bahalı “Range Rover” markalı 90-EA-090 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında görüb (Çox güman ki, EA seriya nömrəsi xüsusi seçilib – ad-soyadının baş hərflərini ehtiva edir-red.).

Xatırladaq ki, ötən ay yayılmış xəbərlərdə E.Aslanovun məzuniyyətə çıxaraq ölkəni tərk etdiyi, geri qayıtmayacağı bildirilirdi.

E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur

elnur02elnur01

 






Fikirlər