Hacı Madər 1-Cİ QRUP QARABAĞ ƏLİLİNİ DÖYDÜRÜB?

 Картинки по запросу hacı madər

“Dünən Binəqədinin deputatı Hacı Madər Musayev və köməkçiləri məni ölümcül döydülər”

Bu sözləri Binəqədidə yaşayan 1-ci qrup Qarabağ əlili Faiq Firdovsi oğlu Quliyev deyib.

Onun sözlərinə görə, iş üçün Milli Məclisin üzvü Hadı Rəcəblinin qəbulunda olub:

“Hadı müəllim Binəqədidə yaşadığmı əsas gətirib, mənə dedi ki, gedərsən Madər Musayevin yanına, ona xahiş edəcəm ki, sənə uyğun bir iş versinlər. Lakin Madər Musayevin qəbuluna düşə bilmirdim. Dünən isə onun Binəqədidəki villasına getdim, qapını döyüb, özümü təqdim etdim. Dedim ki, məni Hacı Madərin yanına deputat Hadı Rəcəbli göndərib.

Lakin villasındakı mühafizəçilər məni sonadək dinləmədən qovmaq istədilər. Mən isə israrla Madər Musayevlə görüşmək istədiyimi bildirdim.

Bu zaman Madər Musayev də gəlib çıxdı. Nə baş verdiyini soruşandan sonra gözlənilmədən sərt yonda mühafizəçilərə “bunu həyətə salın” dedi. Məni itələyib həyatə salan kimi isə təhqir edərək, üstümə tökülüşdülər. Döyə-döyə təhqir edib, alçaltmağa başladılar”.

Qarabağ əlili deyir ki, o, Hacı Madərə qarşı hər hansı bir hörmətsizlik etməyib. Məqsədi isə deputat həmkarı Hadı Rəcəblinin məsləhətinə uyğun olaraq, ondan özünə müansaib iş istəmək olub:

“Əvəzində isə məni döyüb, təhqir etdilər. Sonrda Madər Musayev “bunu həyətdən rədd edin, cəhənəm olsun ” dedi. Bu gün başıma açılan oyunlarla bağlı prokurorluğa müraciət edəcəm, ekpsertizadan keçəcəm”.

Hadisə ilə bağlı deputatın da mövqeyini öyrənmək üçün onun mobil telefonuna zəng etdik. Lakin onunla danışa bilmədik.

Deputatın Səməd adlı köməkçisi isə belə bir hadisənin baş verdiyini təkzib etdi. Dedi ki, belə hadisə oilmayıb, uydurmadır…mia.az






Fikirlər