Milli Məclisdə maraqlı anlar
ANS-in məlumatına görə, deputat Zahid Oruc çıxışlar üçün ayrılmış 5 dəqiqəlik vaxtdan əlavə beş dəqiqə artıq danışmaq istədiyini bildirib.
O hətta bu məqsədlə Həccdə olan həmkarının öz çıxış vaxtını da ona verdiyini qeyd edib. Deputat ümid edib ki, parlament rəhbərliyi də bu məsələyə xoşməramlı yanaşacaq.
Spiker Oqtay Əsədovun isə deputatın bu sözlərinə cavabı gecikməyib: “Siz nə vaxtdan hacı olmusunuz? Sizə kim vaxtını verib?”. Spikerin bu suallarını Zahid Oruc belə cavablandırıb: “Deputat həmkarım Hacı Madər dedi ki, inşallah növbəti seçkilərdə ikimiz də yenidən deputat seçilsək, həmin beş il müddətində də öz çıxış hüququmu sənə verəcəm”.
Spiker də “elə buna görə də, əlavə vaxt vermirəm” deyə, deputata cavab verib.