Ramil Usubovdan iki rəis təyinatı
Daxili İşlər naziri Ramil Usubov iki rayonun Yol polisi rəislərinin xidmət yerlərini dəyişdirib.
AzerTaym.az-ın məlumatına görə, nazirin əmri ilə Masallı rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Afət Mirzəyev Şirvan Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi təyin edilib.
Masallı rayon Yol Polisi Şöbəsinin rəis postuna isə İkram Məmmədov gətirilib. Bu təyinata qədər İ.Məmmədov həmin şöbənin rəis müavini vəzifəsində çalışıb.