Ramil Usubov daha bir neçə rayonun POLİS rəisini dəyişdi

Ramil Usubov daha bir neçə rayonun polis rəisini dəyişdi

Azərbaycanda bir neçə rayonun polis rəisi dəyişdirilib.

APA-nın məlumatına görə, daxili işlər naziri Ramil Usubovun müvafiq əmrləri ilə Şamaxı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov tutduğu vəzifədən azad edilərək Masallı Rayon Polis Şöbəsinin rəisi, Şirvan Rayon Polis Şöbəsinin rəisi Şahin Mirzəyev isə tutduğu vəzifədən azad edilərək Şamaxı Rayon Polis Şöbəsinin rəisi təyin olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl Masallı Rayon Polis Şöbəsinin rəisi Nəriman İmanov Nərimanov Rayon Polis İdarəsinin rəisi təyin olunub.

 






Fikirlər