Şabran rayonunda torpaq sürüşməsi aktiv fazadadır, hələ sürüşmə başa çatmayıb"
Bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O xatırladıb ki, fevral ayında rayonun Qazıbabalı kəndində torpaq sürüşməsi hadisəsi qeydə alınıb: "Qeyd olunan ərazidə ilk dəfədir sürüşmə prosesi baş verir. Sürüşmə nəticəsində 6-ya yaxın evdə təhlükəli vəziyyət yaranmışdı. Həmin proses bu gün də davam edir. Təbiət hadisəsi 15 hektardan artıq ərazini əhatə edib. Sürüşmənin uzunluğu 300-400 metrə, qırılma qaşının hündürlüyü isə təxminən 70-80 sm-ə çatır".
Ə.Qaralov baş nazirin müavini Abid Şərifovdan sürüşməyə nəzarət üçün komissiyanın yaradılması ilə bağlı göstəriş aldıqlarını vurğulayıb: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları komissiya şəklində yeni yaranan sürüşmə sahəsinə yenidən baxış keçirəcək və tədqiqatlar aparılacaq".
AzerTaym.az