KİMDİR BÖHTANÇI? – Aslan İsmayılov həbsdən necə YAYINMAQ İSTƏYİR?
Hüquqşünas Aslan ismayılov barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə açılmış cinayət işinin istintaqı davam edir, onun ölkədən çıxışına qadağa qoyulub. Hüquq-mühafizə orqanlarındakı mənbələr onun barəsində həbs-qətimkan qərarının veriləcəyini də istisna etmirlər. Xatırladaq ki, A.İsmayılov oktyabrın 2-də Binəqədi rayon Məhkəməsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiasının baxışı zamanı, çığır-bağır salaraq hakimi təhqir etdiyinə görə barəsində cinayət işi qaldırılıb. Belə ki, hakim Rəşad Əliyevin Lakin maraqlıdır ki, A.İsmayılov bundan sonra “AzPolitika”dan üzr istəmək əvəzinə daha da aqressivləşib, indi də saytımızı haralarasa işləməkdə ittiham etməyə başlayıb. “AzPolitika”nın A.İsmayılovun ölkədən çıxışına qadağa qoyulduğu haqda məlumatını da təsdiqləyən hüquqşünas, “Facebook”da dünənki statusunda yazır: Göründüyü kimi, 60 yaşlı hüquqşünasın məntiqi “divar deşir”! Guya barəsində cinayət işi açılan bir şəxsin ölkədən çıxışına qadağa qoyulduğunu anlamaq belə çətin imiş. Üstəlik, “AzPolitika”nın məlumatı düz çıxıbsa, bu o deməkdir ki, sayt hansısa “orqanlara” işləyir. Bəs oktyabrın 4-də A.İsmayılov yazırdı ki, “AzPolitika” böhtan atır, onu polisə çağırmayıblar? İndi kimdir böhtançı – məlumatı təsdiqlənən sayt, yoxsa inkar yolunu tutmaq, kimlərisə açıq-aşkar şantaj etməklə məhkəmədə törətdiyi xuliqanlığı ört-basdır etməyə cəhd edən A.İsmayılov? Deyir “1.5 milyon dollar pulu mənimsənilmiş türk iş adamı”… Mənimsəmə varmı-yoxmu, bununla işimiz yox. Hər halda olsaydı, aylardır davam edən araşdırmalar, elə A.İsmayılovun çoxsaylı şikayətləri bir nəticə verərdi və “mənimsəyən” məsuliyyətə cəlb olunardı. Bu qədər asandırmı əcnəbi iş adamının pulunu mənimsəmək? Demək ki, bu iddiaların ciddi əsası yoxdur. Lakin yenə də qeyd edirik, bununla işimiz yox. Amma sual olunur: hansı “türk iş adamından” söhbət gedir? Azərbaycana damazlıq yumurta ixrac edən Arto Sevan Oskayan və Andarnik Raffi Bozacıyandanmı? Bunlardırmı “türk iş adamları”? Bir daha xatırlatmağa məcburuq ki, Azərbaycana damazlıq yumurta satan “Emre Piliç” şirkətinin səhmlərinin yarısına yaxını bu iki erməniyə məxsusdur. Və bu yarıerməni şirkəti A.İsmayılova 200 min dollar pul vəd edib! Aylardır A.İsmayılovun çığır-bağırının, şantajlarının arxasında məhz bu 200 min dollar saldığı tamah durur. Elə bu tamah da onu məhvə aparır. Artıq bütün əndazələri aşıb – hədələmədiyi, təhqir etmədiyi adam qalmayıb. Ölkənin ədliyyə nazirini, baş prokurorunu, ali məhkəmənin sədrini belə “Facebook”dakı anonsları ilə açıq şəkildə şantaj etməkdən çəkinmir. Bunun da, əlbət ki, bir məntiqi sonluğu olacaq. Yeri gəlmişkən, “Facebook”da özünü xalq qəhrəmanı kimi aparan, 50-60 saxta profillə səhərdən-axşama özünü təriflədən, kimlərisə söydürən bu adamın arxasınca, nə işdirsə, saatlarla saxlandığı polis idarəsinin qarşısına beşcə adam gəlməyib…AzPolitika.info
qərarı elan olunduqdan sonra A.İsmayılov əsəblərinə hakim ola bilməyib. Bu barədə hadisədən 1 gün sonra “AzPolitika” məlumat versə də, A.İsmayılov saytımızı böhtan tirajlamaqda ittiham edərək, belə bir hadisənin olmadığını, saatlarla polisdə saxlanmasına baxmayaraq, ümumiyyətlə polisə çağrılmadığını bildirmişdi. Lakin oktyabrın 16-da A.İsmayılov barəsində cinayət işi qaldırıldığını etiraf etməli olmuşdu.
“Bu dəqiqələrdə Binəqədi rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb” – deyə, o həmin tarixdə “Facebook”da yazırdı.
“Elə bilirdim ki, azpolitika.info saytı ancaq türk iş adamının 1.5 milyon ABŞ dolları pulunu mənimsəmiş M.Həsənlinin puluna xidmət edib, uzun müddətdir ki, haqqımda şər-böhtan, təhqir tirajlayır. Sən demə bu sayt həm də bəzi orqanlara qulluq edirmiş. Haqqımda qaldırılmış cinayət işi barədə özümün ancaq 16 oktyabrda bildiyim halda, bu sayt cinayət işinin qaldırıldığı dəqiqədən, yəni 2 oktyabrdan həmin orqanlara xidmət göstərib, haqqımda ictimai rəy formalaşdırmaq istəyirmiş. Barəmdə ölkədən çıxmağa qadağa qoyulduğunu da bu saytda oxuduqdan sonra müstəntiqdən soruşanda bildirdi ki, həqiqətən haqqımda ölkədən çıxışa qadağan qoyulub”.