“Yeni DOĞULAN UŞAĞA 45, BUZOVA İSƏ 140 manat...” – Deputat TƏNQİD ETDİ

“Bu gün yeni doğulan uşağa verilən birdəfəlik müavinət 45 manat olduğu halda bir buzova görə verilən subsidiya 140 manatdır”.

 Modern.az-ın məlumatına görə, bunu deputat Fazil Mustafa parlamentin iclasında büdcə müzakirələri zamanı deyib.

 Deputat bildirib ki, burada həmkarı Qüdrət Həsənquliyev uşaqların boyunun azalması, Avropda isə artımı ilə bağlı məsələni gündəmə gətirdi.

 “Bu məsələ dəfələrlə qaldırılıb. Xüsusən də yeni doğulan uşaqlara birdəfəlik verilən müavinətin artırılması məsələsi qaldırılıb. Lakin nəticəsi olmayıb. Uşaqların boyunun aşağı olmasını belə müqayisə etmək olar.

 Yeni doğulan uşağa görə birdəfəlik 45 manat müavinət verildiyi halda, bir buzova görə 140 manat subsidiya verilir. Elə hər şey bundan görmək olar. Odur ki, bu məsələlərə baxış fəlsəfəsi dəyişməlidir. Nə qədər ki, yeni doğulan uşaqlara baxış fəlsəfəsi dəyişməyib, hələ bir daha ciddi problemlərin şahidi olacağıq”.

 O, eyni zamanda kənd təsərrüfatı sahəsində çalışan insanların pensiyaya çıxması ilə bağlı üzləşdikləri problemi də gündəmə gətirib.






Fikirlər