DƏMIR YOLUNDA GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİ TƏTBİQ OLUNUB

Image result for «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci il ərəfəsində  gucləndirilmiş iş rejimində çalışır.

"AzerTaym.az"-a sözü gedən qurumdan verilən məlumatda bildirilir ki,Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni təqvim ili ərəfəsində,  sərnişin sıxlığının artması ilə əlaqədar,  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilir.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. 






Fikirlər