EKOLOGİYA NAZİRLİYİ Bakı Metropolitenini MƏHKƏMƏYƏ VERDİ

Ekologiya Nazirliyi Bakı Metropolitenini məhkəməyə verdi

Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Kamaz” markalı 90-JA-841 və 90-JO-787 dövlət qeydiyyat nişanlı avtomobillərin “Qu” gölünün ətrafına qeyri-qanuni tullantı boşaltdığı aşkar olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzerTaym.az-a verilən məlumata görə, araşdırma zamanı avtomobillərin “Bakı Metropoliteni” QSC-yə məxsus olduğu müəyyən edilib. Faktla bağlı QSC-yə protokol tərtib olunub və müəssisə barəsində hüquqi şəxs qismində cərimə qərarı qəbul edilməsi üçün toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, qanun pozuntusu nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə keçirdiyi reyd zamanı aşkarlanıb.






Fikirlər