BU İLİN 9 ayında Bakıda 10 minə yaxın İNSAN ÖLÜB
Cari ilin doqquz ayı ərzində Bakı şəhərində 9 980 ölüm halı qeydə alınıb. Trend-in məlumatına görə, əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib. Hesabat dövründə Bakı şəhərində doğulan körpələrin sayı 22 494 təşkil edib və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,3 olub. Doğulan körpələrdən 258-i əkiz, 5-i isə üçəm olub. Ümumilikdə bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 11,3 min nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 273,9 min nəfərə çatıb.