Mingəçevirdə vəziyyət gərgindir: Yüzlərlə insan etiraz edir - VİDEOLAR+ FOTOLAR

Mingəçevirdə vəziyyət gərgindir: Yüzlərlə insan etiraz edir - VİDEOLAR+ FOTOLARMingəçevirdə Bəhruz Hacıyevin dəfnindən sonra etirazçılarla polis arasında yaranmış qarşıdurmada polis güc tətbiq edib.

Azadlıq radiosunun xəbərinə görə, polis əvvəlcə etirazçılardan yolu boşaltmağı tələb edib. Aksiyaçılar yolu boşaltmayıb. Bundan sonra polis dəyənəklərlə qalxanlara vura-vura aksiyaçılara yaxınlaşıb. Etirazçıları dağıtmağa, döyməyə, tutmağa başlayıb.

Polis mağazaların qarşında dayanmış adamlardan içəri keçməyi tələb edib.

Çevik Polis Alayının polisləri isə səs bombası, gözyaşardıcı qazdan istifadə edib.

Mərhumun yaxınları bildirib ki, Bəhruz Hacıyevin ölümünə görə yerli polis idarəsinin rəisi Ələsgər Bədəlov məsuliyyət daşıyır, o cəzalanmalıdır.

Aksiyaçılar etirazların davam edəcəyini bildirir.

***

Azadlıqradiosunun əməkdaşının hadisə yerindən verdiyi son məlumata görə, artıq həbs olunanlar var.

Mingəçevirdə yüzlərlə insan etiraz edir.

Aksiyaya səbəb polis bölməsində döyülərək öldürüldüyü iddia edilən gəncdir.

Xatırladaq ki, iki gün bundan öncə Mingəçevir kənd sakini Bəhruz Hacıyevə polis bölməsində müəmmalı şəkildə ölmüşdü.

Mərhumun qohumları onun döyülərək öldürüldüyü deyillər. Mingəçevir polisi isə hadisəni təkzib edir.

Faktla bağlı cinayət işi açılıb. Daxili İşlər nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov cinayət işinin açılması faktınlı təsdiqləyib.

O bildirib ki, ölümün səbəbi istintaq zamanı müəyyənləşəcək.

Foto Azadlıqradiosuna məxsusdur.


Mingəçevirdə vəziyyət gərgindir: Yüzlərlə insan etiraz edir - VİDEOLAR+ FOTOLAR
Mingəçevirdə vəziyyət gərgindir: Yüzlərlə insan etiraz edir - VİDEOLAR+ FOTOLARMingəçevirdə vəziyyət gərgindir: Yüzlərlə insan etiraz edir - VİDEOLAR+ FOTOLAR
Mingəçevirdə vəziyyət gərgindir: Yüzlərlə insan etiraz edir - VİDEOLAR+ FOTOLAR










Fikirlər