Boşanmaqdan imtina edənlərin sayı ARTIB

2 ay ərzində boşanmaq istəyən 62 cütlük nikahın pozulmasından imtina edib.

 "AzerTaym.az" bildirir ki,bu barədə Ədliyyə Nazirliyindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 Rəsmi məlumata görə,  qeydiyyat şöbələri tərəfindən ümumilikdə nikahın pozulması haqqında müraciət edənlərdən yanvar ayında 324, fevral ayında 278 şəxs psixoloqla söhbətə cəlb olunub.

Nəticədə onlardan yanvar ayında 50-i (25 cütlük), fevral ayında isə 76-ı (38 cütlük) nikahın pozulmasından imtina edib.






Fikirlər