Nikahlar azalıb, boşanmalar artıb

2016-cı il oktyabrın 1-i vəziyyətinə görə, qeydiyyat şöbələri tərəfindən 50,4 min nikah və 9,6 min boşanma halları qeydə alınıb.

Bu haqda Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 7, boşanmaların sayı isə 1,3 olub.

Nikaha daxil olan kişilər əsasən 24-28 yaş, qadınlar isə 18-22 yaş aralığındadır. Ən çox nikah avqust, ən az nikah isə fevral ayında bağlanıb. Ən çox boşanma avqust ayında, ən az boşanma isə aprel ayında qeydə alınıb.
Qeyd edək ki, 2015-ci il ərzində ölkədə 68773 nikah, 12764 boşanma qeydə alınmışdı.
Ekspertlər deyirlər ki, son zamanlar ölkədə nikahlar azalıb, boşanmalar artıb.






Fikirlər