“AzərEnerji” və “Azərişıq” kollektivləri qanvermə aksiyasına QOŞULDU
“AzərEnerji” və “Azərişıq” kollektivləri Birinci vitse-prezident Mehriban Əliyevanın irəli sürdüyü xoş təşəbbüsə qoşularaq karantin rejimində qan ehtiyatı azalan talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan verirlər. “AzerTaym.az"-a daxil olan məlumata görə, qanvermə aksiyası karantim rejiminin tələblərinə uyğun olaraq xüsusi qrafiklə, kütləvilik yaratmadan həyata keçirilir və iki gün davam edəcək.