GENERAL OĞLU ƏLDƏ BIÇAQ DƏHŞƏT SAÇIR!!! - Tamerlan Əsədullayevin adam bıçaqlamasının VİDEOsu yayıldı!
Bu gün meydan.tv restoranın təhlükəsizlik kameraları tərəfindən hadisənin əvvəldən axıra qədər qeydə alınmış videosunu yayıb. Sayt bildirir ki, bu videonu oxuculardan biri göndərib. AzPolitika.info dəhşət saçan həmin görüntüləri təqdim edir:
2015-ci il, aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında bıçaqlanma hadisəsi baş vermişdi. Restoran xidmətçisini bıçaqladığına görə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev məhkəmə önünə çıxarılmış və 4 aylıq həbs qəti-imkan tədbiri ilə Kürdəxanıya göndərilmişdi. Tamerlan Əsədullayev artıq azadlıqdadır.