Ermənilərin “qəhrəmanlıq” himni də oğurluq çıxdı - Bu musiqi sədaları altında halay çəkirlər + Video

Ermənilərin “qəhrəmanlıq” himni də oğurluq çıxdı - Bu musiqi sədaları altında halay çəkirlər + Video

"Yəqin ki, çoxlarınız 90-cı illərin əvvəllərində ermənilərin oxuduqları və Birinci Qarabağ müharibəsində hayların “məğlubedilməzliyini, türklərin (yəni bizim) qorxaqlığını” təbliğ edən mahnılarla youtube-de qarşılaşmısınız. Həmin mahnıları müşayət edən videogörüntülər isə mütləq şəkildə ya erməni teroristlərinin (məsələn, Melkonyan kimi), ya da Azərbaycan şəhidlərinin döyüş meydanında  görüntüləri, hansısa şəhərimizin, kəndimizin işğalına sevinən şərəfsiz sürüsünün “yallı”sı ilə müşayət olunur. Baxanlar nə demək istədiyimi anlayar, ağrılı görüntülərdir... Allaha çox şükür olsun ki, indi qisasımızı almışıq, torpaqlarımızı qaytarmışıq, AZƏRBAYCAN OĞLUNUN gücünü göstərmişik, DƏMİR YUMRUQ başlarının üstündədir!".

 "AzerTaym.az" xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu bildirib.

Alimin sözlərinə görə, ermənilərin az qala “qəhrəmanlıq” himninə çevrilən iki “mahnısı” var ki, onlara diqqət çəkmək, bu barədə yazmaq lazımdır:

"Yəqin çox az adam bilər ki, ermənilər hər şeydə olduğu kimi, bu musiqiləri də oğurlayıblar. Özü də bizdən, türklərdən! Təsəvvür edirsiniz? Bizim musiqimizin müşayəti ilə, öz qəhrəmanlıqlarını vəsf edən sözlər qoşub, bizi qorxaq kimi təqdim edir, halay çəkirlər. Ermənilərin Qarabağ savaşına aid hər zaman oxuduqları məşhur “Hay Qajer” mahnısını yəqin ki, dinləmisiniz. Bilirsinizmi ki, bu musiqi Sivas (bəzi mənbələrdə Diyarbəkir) yörəsinə məxsus məşhur “Makaram sarı bağlar” türküsünün musiqisidir? Türkünün maraqlı əhvalatı da var. Tarixinin təqribən Osmanlının son dönəmlərinə aid olduğu bildirilir. Deyilənə görə, yörə paşalarından biri ilə tərs düşən gənc dağlara çəkilir və qaçaqlıq edir. Türkünü isə Asiyə adlı sevdiyi qıza həsr edir. Bir gün qıza xəbər gətirirlər ki, sevdiyini mühasirəyə alıb öldürüblər. Gənc bunu eşidər-eşitməz, sevgilisinə sağ olduğunu birldirmək istər. Dostları isə kəndə düşməyin təhlükəli olduğunu, onu hər yerdə axtardıqlarını söyləyərək, fikrindən daşındırmağa çalışarlar. Sevgilisindən nigaran qalan gənc, bu türkünü qoşar. Az müddət sonra xəbər gələr ki, kənddə toy olacaq. Gənc toya gedəcək dostundan xahiş edir ki, halay zamanı türkünü oxusun. Beləliklə də, toyda olan və türkünü dinləyən Asiyə, sevgilisinin sağ olduğu xəbərini alar. 

Makaram Sarı Bağlar 

Kız Söyler, Gelin Ağlar

Niye Ben Ölmüşmüyem 

Asyem Karalar Bağlar

O Perde O Perde

Zülfün Yüzüne perde

Devriyeler Sardı Da Bizi

Meğer Kaderim Böyle

Makarada İpliğim 

Asye Benim Kekliğim

Hiç Aklımdan Çıkmıyor 

Tenhalarda Gezdiğim

O Perde O Perde

Zülfün Yüzüne perde

Devriyeler Sardı Da Bizi

Meğer Kaderim Böyle

Sarı Gülü Derende 

İnsaf Senin Nerende

Kabahat Sende Değil 

Sana Gönül Verende

O Perde O Perde

Zülfün Yüzüne perde

Devriyeler Sardı Da Bizi

Meğer Kaderim Böyle".

V.Zifəroğlu deyib ki, bu türkünü bir çox məşhur Türkiyə sənətçiləri və türkücüləri ifa edib və ümumiyyətlə halay türküsü kimi qardaş ölkədə çox populyardır:

"Hətta bir sıra yeçilçam türk filmlərində belə ifa edilib (ən məşhuru: 1979-ci ildə çəkilmiş "Erkək güzeli sefil Bilo" komediyası). 90-cı illərin əvvəllərində isə bu gözəl türkü ermənilərin “hay qajer”inə çevrilir. Hər işğal olunmuş kənddə şənliklər düzəldən haylar, bu türküyə qoşduqları “zəvzəvəni” oxuyaraq, halay çəkirlər!". Yenisabah.az

 

 






Fikirlər