Beş günlük bayram tətili başladı ...
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə beş günlük tətil başlayıb. AzerTaym.az bildirir ki, Azərbaycanda bayram günləri və tətil Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Yeni il bayramı dekabrın 31-i, yanvarın 1-i və 2-dir. Bayramın son iki günü həftənin şənbə və bazar gününə təsadüf etdiyi üçün yanvarın 3-ü və 4-ü də qeyri-iş günü hesab olunur.