Gəncə Regional Mədəniyyət İdarəsindən TENDER DƏLƏDUZLUĞU - BUNUN BAŞQA ADI YOXDUR...
Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
DİA.AZ açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibi “Era Layıhələndırmə və İnşaat” MMC (VÖEN- 2305458161) olub.
Mədəniyyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi “Era Layıhələndırmə və İnşaat” MMC -yə 800 kub metr odun yanacağı üçün 37 min 300 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, Gəncə Regional Mədəniyyət İdarəsi tender elanını 31.08.2022-ci il tarixində edib. Tenderin qalibi olan “Era Layıhələndırmə və İnşaat” MMC isə bundan cəmi 29 gün əvvəl – 02.08.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Təsis olunduqdan cəmi bir ay sonra 37 min mantalıq tenderin qalibi olan MMC “Gəncə şəhəri, Əziz Əliyev, ev 227” ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Rafatov Ələkbər Elburus oğludur.
Onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi bir ay əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Qeyd edək ki, Mədəniyət Nazirliyi daha əvvəl də yeni yaranan, təcrübəsiz şirkətləri tenderin qalibi elan edib.