2022-ci ilin 9 ayı Sabunçu rayonu üçün uğurlu göstəricilərlə yaddaqalan olacaqdır...

Son illərdə dövlət rəhbərliyi tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü və düşünülmüş islahatlar, atılan bütün addımlar paytaxt Bakının Sabunçu rayonunda da hər bir sahədə böyük uğurların əldə olunmasına, iqtisadiyyatın dinamik surətdə inkişafına, insanların rifahının günü-gündən yaxşılaşmasına, sabitliyin möhkəmlənməsinə, yoxsulluğun azaldılmasına, işsizliyin aradan qaldırılmasına xidmət etmişdir.

Rayonda sosial və iqtisadi planda çox mühüm işlər görülür. Pandemiyanın və Vətən müharibəsinin sınaqlarına baxmayaraq, ötən iki-üç ildə rayonun makroiqtisadi göstəriciləri qənaətbəxş olub, əhalinin məşğulluğunun təmini istiqamətində tədbirlər mütəmadi davam etdirilib, ərazidə abadlıq-quruculuq işləri qaydasında gedib, infrastruktur layihələri gerçəkləşdirilib.

Öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında quran Sabunçu İcra Hakimiyyəti (RİH) rayonun sosial-iqtisadi inkişafının monitorinqini və qiymətləndirilməsini həyata keçirir, ərazidə sənaye potensialının inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir; yerli sosial-iqtisadi inkişaf proqramlarının hazırlanmasını təşkil edir, rayonun sosial-iqtisadi və mədəni inkişafını təmin etmək məqsədi ilə ayrılan büdcə və digər maliyyə vəsaitinin təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət edir, ərazidə hüquqi və fiziki şəxslər tərəfindən sərmayə qoyuluşu üçün şərait yaradır, sosial və istehsal infrastruktur obyektlərinin tikintisini və təmirini gerçəkləşdirir.

Vətəndaşların müraciətlərinə həssas yanaşılır

Rayonda vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə səyyar qəbullar davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırırlır.

Torpaqlarımızın 30 illik işğaldan qurtulması ilə nəticələnən Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin ailələri, qazilər, onların qayğı və problemləri şəhər rəhbərliyinin diqqət mərkəzindədir. Görüşlərdə iştirak edən sakinlərin və həssas kateqoriyadan olan şəxslərin müraciətləri tək-tək dinlənilir. Müraciətlərin əsasını şəhid adının əbədiləşdirilməsi, mənzil uçotuna götürülmə, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, dərman preparatlarının verilməsi və digər məsələlər təşkil edir.

Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapır, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı üzrə tapşırıqlar verilir. Sakinlər, o cümlədən şəhid ailələri, qazilər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

Şəhid ailələri və qazilər xüsusi diqqət mərkəzindədir

Onu da qeyd edək ki, Sabunçu rayonu ərazisində qeydiyyatda olan şəhid ailələri və Vətən müharibəsi əlilləri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə mənzil növbəsinə götürülmüş və onlardan çoxu artıq mənzillə təmin olunmuşdur. Rayon İcra Hakimiyyətinin müraciəti əsasında xeyli sayda şəhid ailələri üzvləri və Vətən müharibəsi iştirakçıları işlə təmin olunmuşdur.

27.09.2022-ci il tarixdə, saat 12:00-da bütün respublikamızda olduğu kimi, Bakının Sabunçu rayonunda da (rayon mərkəzində və qəsəbələrdə) rayon rəhbərliyinin nümayəndələrinin iştirakı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Qaziləri və şəhid ailələrinin iştirakı ilə rayonun qəsəbələrində şəhidlərin məzarları ziyarət edildi. Həmin gün rayonun mərkəzi sayılan Bakıxanov qəsəbəsində yüzlərlə eyvandan şanlı, üçrəngli dövlət bayraqları asıldı. Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən “Şah dərgahı” mərasim evində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə ehsan süfrəsi açıldı.

Rayon təsərrüfatı saat mexanizmi kimi işləyir

Son illər Sabunçu rayonu ərazisində abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Rayon ərazisində yüzlərlə ümumi yaşayış binalarının fasadlarında əsaslı təmir işləri görülmüş, küçələr boyu yaşıllıq zolaqları, yeni parklar inşa edilmiş,, işıqlandırma və oturacaqlar dəyişdirilmiş, bir çox ünvanlara asfalt örtüyü vurulmuş, yeni bardyurlar qoyulmuş, liftlər yenisi ilə əvəz olunmuş, binalarda yüzlərlə pəncərə və qapı dəyişdirilmişdir. Küçələrdə səki daşları, suaxıdıcı boru və navalçalar dəyişdirilmişdir. II Qarabağ Müharibəsi şəhidlərinin yaşadıqları mənzillərdə əsaslı təmir işləri aparılmış və barelyefləri binaların girişinə, eləcə də bəzi küçələrə və parklara vurulmuşdur. Ümumi yaşayış binalarının həyətlərinə “Abad həyət” layihəsi çərçivəsində söhbətgahlar, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementləri, müxtəlif turnik və idman qurğuları, kənarları bağlı stadionlar quraşdırılmışdır. Həmçinin, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə yanaşı, çoxmənzilli binaların dam örtüyünün təmiri işləri sürətlə davam etdirilir, bu günə qədər ayrılmış vəsait hesabına çoxmənzilli binanın dam örtükləri təmir edilib, binalarda istismara yararsız liftlər yenisi ilə əvəz edilir. Bu işlərin həyata keçirilməsində Sabunçu Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) təqdirəlayiq xidməti qeyd olunmalıdır.

Rayonda yolların bərpasına xüsusi diqqət yetirilir. Əsasən şəhərin avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri işləri aparılır, küçələrdə köhnə işıq dirəkləri yenisi ilə əvəz edilir. Piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində müəyyən işlər icra olunur.

Təmizlik bir çox başqa uğurların rəhnidir

Hər gün ərzində şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq təmizlik və abadlıq işləri aparılır. Belə ki,  yaşıllıqlara xüsusi qulluq göstərilir, ağac və gül kolları əkilir, işıq dirəkləri yuyulur və rənglənir, istifadə müddəti bitmiş lampalar yeniləri ilə əvəz olunur, çoxmənzilli yaşayış binalarının fasadları təmir edilir, dayanacaq və köşklər yuyulur, ünvan lövhələri yenilənir. Magistral yollarda kürəbəndlər təmizlənir, binaların zirzəmisində sanitar-təmizlik və dezinfeksiya işləri aparılır, mənzillərin tüstü və hava kanalları  təmizlənir. Bu işlərdə RİH MKTB-nin Təmizlıik Sahəsinin çalışqan kollektivinin əməyi böyükdür.

Eyni zamanda, şəhərdə mütəmadi olaraq qanunsuz tikintilərə qarşı reydlər keçirilir. Bir sözlə, şəhər təsərrüfatı saat mexanizmi kimi işləyir.

Carı ilin doqquz ayı ərzində rayonun yekun sosial-iqtisadi göstəriciləri hələlik açıqlanmasa da, ayrı-ayrı sahələr üzrə statistik məlumatlardan bilmək olur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bir sıra uğurlar əldə olunuşdur. Bütün müşahidə olunanlar əminliklə söyləməyə əsas verir ki, Sabunçu rayonunun zəhmətkeş insanları, əmək kollektivləri, rayon rəhbərliyi, ictimaiyyət əl - ələ verib 2022-ci ilin qalan yarısında da uğurlu göstəricilərə nail olacaqlar.

Azər Abdul,

"AzerTaym.az"

 

 

     

 

 

 

 

  






Fikirlər