Beyləqandakı DƏHŞƏTLİ qətlin Rəşad Dağlı ilə nə əlaqəsi var? – Vəkil DANIŞDI
“Cəmiyyətin Rəşad Dağlı hadisəsinə reaksiyası həddən artıq təhlükəli idi. İctimai qınaq əvəzinə, ictimai "təşəkkür" göstərilməsi digər insanların da cinayətkar fəaliyyətə meyl göstərməsinə səbəb ola bilir”. “Bir neçə gün əvvəl Bakı şəhərində 3 nəfərin, dünən Beyləqanda bir ailənin 4 üzvünün qətlə yetirilməsi, həmçinin ayrı-ayrı şəxslərin də qətli ilə əlaqədar hadisələrin artmasını Rəşad Dağlı məsələsi ilə də əlaqələndirmək olar. Cəmiyyətin bu hadisəyə reaksiyası həddən artıq təhlükəli idi. İctimai qınaq əvəzinə, ictimai "təşəkkür" göstərilməsi digər insanların da cinayətkar fəaliyyətə meyl göstərməsinə səbəb ola bilir”.
Bizim.Media xəbər verir ki, bunu vəkil Anar Məmişov deyib. O, bu haqda bizə danışarkən bildirib ki, mən bu məslədə tam əlaqə görürəm:
Vəkil qeyd edib ki, qətl hadisələrinə zərərçəkmiş şəxsin kimliyi baxımından yanaşmaq olduqca təhlükəli tendensiyadır:
“Xüsusən "namus cinayətləri" ilə bağlı məlumatlara yazılan şərhlərlə tanış olarkən cəmiyyətin nə qədər təhlükəli vəziyyətdə olduğunu görə bilərik. Bunun üçün ciddi maarifləndirmə işləri aparılmalı, bütün problemlərin sivil qaydada, məhkəmə yolu ilə həllinin mümkünlüyü aşılanmalıdır. Əks halda hələ çox insan həyatının puç olduğunu görməyə davam edəcəyik”.