Bakı Sağlamlıq Mərkəzində Xocalı faciəsi ilə əlaqədar tədbir keçirilmişdir - FOTOLAR
Bakı Sağlamlıq Mərkəzində XOCALI FACİƏSİ" ilə əlaqədar tədbir keçirilmişdir.
Qurumun mətbuat xidmətindən "AzerTaym.az"-a bildirilib ki, giriş nitqi ilə çıxış edən Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru Həvva Məmmədova ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımın dəhşətlərindən bəhs ediblər. Bildirib ki, Xocalı Soyqırımına siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin söylədiyi kimi: Xocalı Soyqırımı - insanlığa qarşı cinayət, Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş təzahürüdür.
Tədbirdə Xocalı qurbanlarının və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və yekununda Xocalı soyqırımını əks etdirən videoçarx izlənildi.