İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi ilə bağlı əmlakın müsadirə olunma qərarından ailə üzvləri tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb.
APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.
Məhkəmə məhkum şəxsin ailə üzvlərinin şikayətini əsassız sayıb. 5 milyondan artıq qiymətləndirilən əmlakların dövlət nəfinə müsadirəsi qərarı qüvvədə saxlanılıb. Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova 5 milyon 218 min manatlıq mənzilləri və 2 minik avtomobilinin, Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunmasını istəyirdi.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.
Hökmə əsasən, üzərinə həbs qoyulmuş 5 344 000 manatlıq əmlak dövlət nəfinə müsadirə olunub.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Fikirlər