MÜDAFİƏ NAZİRLİYİ NÖVBƏTİ BRİFİNQ KEÇİRDİ - Düşmən təslim olmağa çağırıldı + VİDEO (Yenilənir)
Müdafiə Nazirliyi Qarabağda lokal xarakterli antiterror tədbirlərinin davam etdirilməsi ilə bağlı brifinq keçirib. Brifinqdə nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov çıxış edib. O, düşmən sığınacaqları, texnikaları və digər hərbi infrastrukturların məhv edilməsi barədə ictimaiyyətə məlumat verirb. “Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bölmələrinin hədəfindən yayınmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirirlər” -deyə, Anar Eyvazov keçirdiyi brifinqdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, erməni silahli birləşmələri zamanı sakinləri də bu işlərə cəlb edirlər:“Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq. Yalnız bu halda antiterror tədbirləri dayandırılacaq”.