Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qanunsuzluqlar aşkarlandı, cinayət işi başlandı
Zaqatala rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.06.2021-ci il tarixdən 01.06.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.