Zavod direktoru özü səhmlərini Çingiz Əsədullayevə təklif edib – “AGBank”dan təkzib

 

1443070890_agbank30“Azərqazbank” (AGBank) ASC-dən “AzPolitika.info”ya təkzib məktubu göndərilib. Məktubda bildirilir ki, 23 noyabr, 2015-i il tarixində musavat.com saytına istinadən “Çingiz Əsədullayevlə Eldar Mahmudovun zəlil duruma saldığı ailə” adlı material portalınızda yerləşdirilib“MTN ŞEFİ ZAVODU NECƏ ƏLƏ KEÇİRDİ?”başlığı ilə-red.):”AGBank ASC olaraq məqalədə bank və bank rəhbərliyinə qarşı səsləndirilən ittihamları qəbul etmirik. Məqalədə bankın və bank rəhbərliyinin ünvanına yönələn fikirlər ictimaiyyət qarşısında bankımızın işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Təəssüf hissi ilə bildirik ki, materialda həqiqətə uyğun olmayan məqamlar yer alıb.
Haqverdi Məmmədov adlı şəxsin həyat yoldaşı Elmira Məmmədovanın səsləndirdiyi fikirlər ilə razılaşmırıq və AGBank ASC olaraq Sizə Sumqayıt Ağac Emalı ASC-nin İdarə Heyətinin Sədri Qeys Kərimovun Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanladığı məktubu əlavədə göndəririk. Xahiş edirik məktubu olduğu kimi yerləşdirəsiniz.
Hesab edirik ki, məqaləni dərc etməmişdən öncə mətbu orqan məsələni diqqətlə araşdırmalı, tərəflərin mövqeyini diqqətlə öyrənməlidir. Bütün bu göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd edilənləri AGBank-ın mövqeyi kimi qəbul edib, onu olduğu kim yayımlamanızı və gələcəkdə AGBank-ın adı hallanan və onun mövqeyinə toxunan yazılar dərc olunmamışdan əvvəl mövqeyimizi öyrənməyi xahiş edirik”.

Qeyd edək ki, Sumqayıt Ağac Emalı ASC-nin İdarə Heyətinin sədri Qeys Kərimovun prezidentə yazıldığı iddia olunan məktubunda Haqverdi Məmmədovun həyat yoldaşı Elmira Məmmədovanın səsləndirdiyi ittihamlar təkzib olunur. Məktub müəllifi 1999-cu ildə Sumqayıt Ağac Emalı Açıq Səhmdar Cəmiyyətini özəlləşdirdiyini, Haqverdi Məmmədovun isə 2005-ci ildə zavoda cəlb edildiyini bildirir.

Qeys Kərimov iddia edir ki, zavodun 40% səhmni Haqverdi Məmmədova bağışlayıb. Ancaq bunun səbəbini izah etmir.Həmin bağışlanmış 40% səhmin isə Haqverdi Məmmədov tərəfindən “AGbank” (o zamankı “Azəriqazbank” ASC-yə) girov qoyularaq, Almaniyadan avadanlıqların alınması üçün kredit alınaraq müvafiq ünvanlara köçürüldüyünü deyir.

Məktub müəllifi həmçinin iddia edir ki, Haqverdi Məmmədovunun fəaliyyəti nəticəsində bir müddətdən sonra bütün istehsalat sahələrimizdə tam durğunluq yarandı, cəmiyyət “AGbank” ASC qarşısında olan öhdəliklərini icra edə bilmədi: “Bu çıxılmaz vəziyyətdə mən “AGbank” ASC-yə müraciət edərək səhmlərimin məhkəmə qərarı olmadan banka təhvil vermək qərarına gəldim.Bankın rəhbərliyi tərəfindən mən qəbul olundum. Görüş zamanı mən götürülmüş öhdəlikləri icra edə bilmədiyimi, Haqverdi Məmmədovun məni aldatdığını və etimadımdan sui istifadə etdiyini bildirdim. Yaranmış külli miqdarda borcun ödənilməsi üçün mənə müəyyən müddət verilməsini işin məhkəməyə verilməməsini xahiş etdim.Dediklərimin təminatı olaraq bankda girovda olan səhmlərimi məhkəməsiz bankın adına keçirməyi təklif etdim.Bank tərəfindən mənimlə alqı-satqı olundu və səhmlər bankın Müşahidə Şurasının Sədri Çingiz Əsədullayevin adına keçirildi.Həmçinin bank tərəfindən mənə zavodun borcu bağlandıqdan sonra həmin səhmlərin alqı-satqı məbləği ödənilməklə mənə geri qaytarılacağına dair vəd verildi”.
Qeyd edək ki, Haqverdi Məmmədovunun xanımının müraciətində ərinin Çingiz Əsədullayevin tələbilə səhmlərini Burhan adlı adamın adına keçirdiyi bildirilirdi: “İkinci dəfə Çingiz Əsədullayev bizi yanına çağırıb bildirdi ki, zavodun səhmlərini təcili olaraq Burhan adlı adamın adına dövr edək. Əks təqdirdə sizi yaxşı aqibət gözləmir. Sonda Çingiz Əsədullayev bizə bildirdi ki, konkret ”hə”, ya “yox”. “Hə” olacağı təqdirdə bunun əvəzində 500 min – 1 milyon manat halallıq da veriləcək ki, işlə bağlı başqalarından aldığımız şəxsi borcları qaytara bilək”.
Ancaq Qeys Kərimov səhmləri Burhan Həmidova Haqverdi Məmmədov tərəfimdən satıldığını iddia edir: “Mənim ona heç bir ödəniş alınmadan bağışlanmış səhmləri Burhan Həmidov adlı şəxsə satdı. Müəyyən müddət keçdikdən sonra bank zavodun öhdəliklərinin icra olunmamasına görə məhkəməyə müraciət elədi.Həm mənim mülkiyyətimdə olmuş həm də Həmidov Burhana satılan səhmlər hərraca çıxarıldı.Məhkəmə qətnaməsinin icrası mümkün olmadı çünki zavod Haqverdi tərəfindən tam olaraq qeyri-işlək vəziyyətə gətirilmişdi”.

Qeys Kərimov bildirir ki, zavodun İdarə Heyətinin sədri kimi bank ona götürülmüş kreditin ödənilməsi üçün iş şəraiti yaradıb: “Böyük çətinliklərimiz osla da banka olan milyonlarla borcun ödənilməsi üçün çalışıram”.

Sonda qeyd edək ki, Qeys Kərimovun heç bir ödəniş alnmadan səhmlərini Haqverdi Məmmədov bağışladığına, Çingiz Əsədullayevdən zavodun səhmlərini almağı şəxsən xahiş etdiyinə dair və sair iddiaları inandılrıcı görünməsə də, obyektivlik naminə onun məktubunun da əsas hissəsini dərc etdik. Kimin doğru, kimin yalan dediyini isə yəqin ki, hüquq-mühafizə orqanları aydınlaşdıracaq.

AzPolitika.info






Fikirlər