“Beynəlxalq Bank işi” ilə bağlı daha 5 nəfərin həbs müddəti artırıldı – ADLAR

 

cahangir haciyev beynelxalq bank istefa azpolitika.info 1“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılaraq həbs edilən 15 nəfərdən daha 5 nəfərin həbs müddəti üç ay artırılıb.
Trend-ə etibarlı mənbədən verilən məlumata görə, həmin şəxslər Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov və “İnter Glass” ASC-nin direktoru Fariz Muradovdur.
Qeyd edək ki, dünən Trend həmin işlə bağlı həbs müddəti uzadılan digər şəxslərin də adlarını açıqlamışdı. Onlar iş adamları – Azərbaycan Beynəlxalq Bankın Dubay filialının müdiri Adil Hüseynov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənovdur. Həbs müddəti uzadılanlardan daha biri isə “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuzdur.
Həbs müddəti uzadılan şəxslər hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Həmçinin ABB-nin sabiq rəhbəri Cahangir Hacıyev də istintaqa cəlb olunub. C.Hacıyev iş üzrə bir neçə dəfə ifadə verib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

(Azərtaym.az)

 






Fikirlər