Azərbaycanda bir qrup yüksək vəzifəli məmur həbs olundu - Yenilənib (2)
“Aztelekom” rəhbəri Məmməd Məmmədov həbs olunub. Azərtaym.az xəbər verir ki, moderator.az-ın yaydığı məlumata görə, M. Məmmədov da MTN ətrafında aparılan istintaq hərəkətlərinin növbəti dalğasında günahlandırılaraq həbs olunub. Sayta məlumat verən mənbə rabitə sistemində həbslərin bununla məhdudlaşmağacağı, hələ xeyli sayda günahkar şəxsin istintaqa cəlb olunma ehtimalının yükəsk olduğunu xüsusi olaraq vurğulayıb. *** Trendin məlumatına “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədovla bərabər daha bir neçə vəzifəli şəxs saxlanılıb. M.Məmmədov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı ilə əlaqədar saxlanılıb. Saxlanılanlar arasında Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov da var. *** APA-nın əldə etdiyi məlumata görə, M. Məmmədov barəsində dünən axşam saatlarında Səbayel rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Bundan başqa, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami ATS-in rəisi Fətullah Seyidov və ATS-in mühasibi barədə də həbs qətimkan tədbiri seçilib.
Onlar Bakı İstintaq Təcridxanasında saxlanılırlar.