Prezident seçkilərinin NƏTİCƏLƏRİ açıqlanır, xalq MEYDANLARDA... – Görüntülər CANLI

ABŞ-ın “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.

Musavat.com-un məlumatına görə, “Oracle Advisory Group”un tərəfdaşı Vlada Qalan bildirib ki, Azərbaycanda artıq 5-ci seçkini müşahidə edirlər. Beynəlxalq səviyədə isə 25-ci seçkinin müşahidə edən V.Qalan bu seçkinin tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Təşkilatın tərəfdaşı George Birnbaum bildirib ki, ““exit poll”un nəticələrinə əsasən, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 1,8 faiz, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,9, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,5 faiz, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,4, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,2 faiz. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 0,3 faiz səs toplayıb.

Fevralın 7-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Özbəkistanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ölkəmizin daha da inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb. Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanmasının və Azərbaycan torpaqlarının geri qayıtmasının önəmini bir daha vurğulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyevə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər, ikitərəfli münasibətlərin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Fevralın 7-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə minnətdarlığını bildirib. Dövlət başçıları Azərbaycan-Belarus dostluq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

 






Fikirlər