Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırıldı
Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb. Bildirilir ki, iki dövlətin ekspert qruplarının işi davam edir.
AzerTaym.az bildirir ki,Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin açıqlamaları ilə bağlı Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.