Günü ZƏHƏRƏ DÖNMÜŞ binəva tovuzlular... - Kimə arxayındır bu başçı?
"Düz deyiblər: Gələn gedənə rəhmət oxutdurur. Tovuzda da belədir. Dünən vəfat edən Tovuz rayonunun keçmiş icra başçısı, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Rəisi, General-Mayor Ramiz Zeynalovun qardaşı Tofiq Zeynalova bu gün rayon əhli rəhmət oxuyur.Gələk niyəsinə? 2018-ci ildə rayona icra başçısı təyin olunan Tovuzda doğulub, böyüyən Məmməd Məmmədov Tovuz camaatına qənim kəsilib..." Dia-az.İnfo xəbər verir ki, bunu öz açıqlamasında tanınmış telejurnalist Afət Telmanqızı bildirib.
"Doğrudur əvvəlki icra başçısının da qanunsuzluqları olub, amma indiki qədər yox" deyən jurnalist daha sonra Tovuzda olduğunu və rastlaşdığı müşahidələrini də paylaşıb. Dia-az.İnfo olaraq A.Telmanqızının qeydləriuni təqdim edirik: "Bir neçə günlük müşahidələrimi yazım. Şəhərin küçələri bərbad.Abadlıq, təmir sıfır səviyyəsində. Kəndlər susuzluqdan fəryad edir. Sahibkarlar incidilir.İş yerləri yox dərəcəsində.Bazar od tutub yanır. Bu fonda isə İcra başçısının sərvətləri aşıb-daşır. Məmməd Məmmədov Tovuzda bir "beton zavod", 2 Şadlıq sarayı, və restoranlar şəbəkəsi, meşə zonasında istirahət mərkəzi, bundan başqa, Mərkəzi Aran Rayonlarında kənd təsərrüfatının inkişafına dəstək adı altında ayrı-ayrı şəxslərin adına MMC-lər təsis etdirərək yeni qazanc ünvanı tapır. Məmməd Məmmədova məxsus olan ayrı-ayrı şəxslərin adına sənədləşdirdiyi mmc və fabrikalar dövlət vergisini ödəmir, İqtisadi İnkişaf Nazirliyinin serftikat və lisenziyasını almır və bundan başqa, dövlət içərsində dövlət kimi hərəkətlər etməkdədir.
Maraqlıdır, Tovuzun padşahı hansı qüvvələrə, kimə arxayındır? Bir vaxtlar mediada, xüsusilə də "Gününsəsi" ndə Tovuzdakı qanunsuzluqlar barədə yazılan bir məqalədə 2020-2021-ci illər üçün dövlət tərəfindən fermerlərə ayrılmış subsidyadan son bir ay ərzində Məmməd Məmmədovun Tovuz rayonunda və Azərbaycanın digər regionlarında 4 milyon manatdan çox fermer kartları vasitəsi ilə dövlət əmlakını müxtəlif şəxslərin adına təsis etdirdikləri müəssisələr vasitəsi ilə mənimsədiyi barədə yazılmışdı. Yeri gəlmişkən, Məmməd Məmmədov Kənd Təsərrüfatı Nazirliyində çalışıb. Uzun müddət bitçilik sahəsi, xüsusən bu sahəyə aid dərmanların hazırlanması üzrəUzun müddət bitçilik sahəsi, xüsusən bu sahəyə aid dərmanların hazırlanması üzrə işlədiyindən, «Zəhər Mamed" ləqəbi ilə də tanınır. İş o yerə gəlib çatıb ki, Məmməd Məmmədovun tətbiq etdiyi idarəçilik üsulunda, sərgilədiyi rəftarda “ifraz etdiyi zəhərə” Tovuzda az qala bütün sahələrdə, hər yerdə rast gəlmək mümkündür. Məsələn, Kürdən Qovlar qəsəbəsinə gələn kanalın içi və kanalın magistral yolun sol kənarına yaxın həndəvəri zibilliklə doludur. Bələdiyyə mülkiyyətinə düşən torpaqlara aid həmin ətrafda üfunətdən baş çatlayır. Məmməd Məmmədov təkcə Qovlarda 250 hektar torpaq sahəsini ələ keçirib.Məmməd Məmmədov təkcə özünün fayda götürəcəyi torpaq sahələrini su ilə təmin edib.Sadalamaqla BİTMƏZ. Qonşu Şəmkir, Ağstafa, Qazax rayonuna baxın bir də Tovuza baxın..."