Rusiya azərbaycanlı oliqarxın qurumunu ləğv edir

 Картинки по запросу Fizuli Məmməd oğlu Məmmədov

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Fizuli Məmmədovun (Frenk El Kapone) sədri olduğu Dünya Azərbaycanlıları İttifaqının (DAİ) fəaliyyətinə xitam verir.

Lent.az-ın məlumatına görə, artıq Rusiya Ali Məhkəməsinin icraatında DAİ-nın fəaliyyətinə xitam verilməsinə dair Ədliyyə Nazirliyinin inzibati iddia ərizəsi əsasında başlanmış iş də var. Rusiyanın Ali Məhkəməsi də öz növbəsində RF Ədliyyə Nazirliyinin müraciətinə operativ münasibət bildirərək, DAİ işi ilə əlaqədar bu ilin 1 dekabr tarixinə məhkəmə iclası təyin edib.
Məlumata görə, qurum maliyyə məsələlərində ittiham edilir.
Xatırladırıq ki, Dünya Azərbaycanlıları İttifaqı 2005-ci ildə Fizuli Məmməd oğlu Məmmədov (Frenk El Kapone) tərəfindən təsis edilib.






Fikirlər