Fizuli Ələkbərovun federasiyasında maaş QALMAQALI

Fizuli Ələkbərovun federasiyasında maaş QALMAQALISon vaxtlar Cüdo Federasiyasında axsamaların olması barədə məlumat vermişdik.

İdmançıların yarışlarda əvvəlki nəticələri göstərməməsi qurum daxilində də böyük narazılıqlar yaradıb.

Hətta Cüdo Federasiyasının uğursuzluğu rəhbərliyin də qəzəbinə səbəb olub.

Publika.az Fizuli Ələkbərovun federasiyası ilə bağlı yeni xəbər əldə edib. Aldığımız məlumata görə, Cüdo Federasiyasında etiraz sədaları baş qaldırıb.

Etirazın səbəbi maaş problemidir. Belə ki, idmançılar iki aydır ki, federasiyadan maaşlarını tələb etsələr də, ala bilmirlər. Maaşının verilməməsinin səbəbi idmançılarımızın tam olaraq açıqlanmayıb. Onlara yalnız “bu yaxınlarda veriləcək, bir az səbr edin” deyilib.


İdmançılar da bu duruma etiraz ediblər. Çünki həmin vəziyyət onları həvəsdən salır. Bu da bir mənalı olaraq onların məşq keyfiyyətinə təsir edir.

Aldığımız digər məlumata görə, vəziyyətlə bağlı bəzi cüdoçular federasiyanın rəhbəri Fizuli Ələkbərovun şəxsən özü ilə görüşmək istəyiblər. Ancaq bəzi səbəblər üzündən bu, baş tutmayıb.

İndi maaş üzünə həsrət qalan idmançılar problemin tez zamanda həllini tələb edirlər.

Qeyd edək ki, Fizuli Ələkbərov nazir təyin olunduqdan sonra “İmprotex Group” şirkətini həyat yoldaşı İradə Ələkbərovanın adına keçirmişdi. Nəzərə çatdıraq ki, “İmprotex Group”in biznes fəaliyyətinə bir sıra sahələr, o cümlədən bahalı yaxtaların satışı, turizm, ölkəyə sərnişin daşımada istifadə olunan avtobusların gətirilməsi də daxildir.






Fikirlər