28.06.2014.- Yeni Yasamalda elektrikin verilməməsinin səbəbi məlum oldu

28.06.2014.- Yeni Yasamalda elektrikin verilməməsinin səbəbi məlum olduSakinlərin "AzerTaym.az"-a verdiyi məlumata görə, səhərdən ərazidə elektrik enerjisi yoxdur.
Onlar bunu hansısa qəzanın baş verməsi ilə əlaqələndirir.


"BakıElektrikŞəbəkə"dən əldə etdiyimiz məlumata görə, transformatorlarda yağdəyişmə işi aparılır. İşıqların kəsilməsinin səbəbi də budur.

Profilaktik tədbirlər başa çatdıqdan sonra sözügedən sahəyə elektrik enerjisinin verilməsi bərpa ediləcək.






Fikirlər