Polis rəisi Penitensiar XİDMƏT RƏİSİNİN BİRİNCİ müavini təyin edildi
Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Oqtay İlyas oğlu Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin birinci müavini təyin olunub. Hüquq-mühafizə orqanlarından virtualaz.org saytına verilən məlumata görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb. Xatırladaq ki, bundan əvvəl prezidentin fərmanı ilə Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Ceyhun həsənov Ədliyyə Nazirliyinin Penitesiar Xidmətinə rəis təyin edilib. Onu da qeyd edək ki, əvvəllər Penitensiar Xidmət rəisinin birinci müavini vəzifəsini vaxtilə prezidentin mühafizəçisi olmuş Mahir Musayev icra edirdi. M.Musayev 2015-ci ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.