Şərurlu İsfəndiyarın şirkətindən daha bir şikayət - Məhkəməyə verildi

I dərəcəli ədliyyə qulluqçusu, Ədliyyə Akademiyasının baş məsləhətçisi Nuridə Əlizadə "Şaiq" Mənzil-Tikinti Kooperativini (MTK) məhkəməyə verib.

Qaynarinfo-nun məlumatına görə, məhkəmə çəkişməsi podrat müqaviləsi üzrə mübahisələrlə bağlıdır. İşin təfərrüatları barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Nuridə Əlizadənin iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Gülnar Babazadənin icraatındadır.

"Şaiq" MTK 8 sentyabr 2003-cü ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Dadaşzadə Nicar Sura oğludur. "Şaiq" MTK-nın tikinti maqnatı, Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundova məxsus olduğu bildirilir.

İsfəndiyar Axundovun qardaşı oğlu Məhəmməd Axundovun 2011-2022-ci illərdə şirkətə rəhbərlik etməsi bu iddiaların əsassız olmadığna şübhələri artırır.

"Şaiq" MTK ötən il Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən partlayışla gündəmə gəlmişdi. Həmin vaxt sakinlər binanın "Şaiq" MTK-ya məxsus olduğunu bildirmişdilər. Həmçinin sakinlər şirkətin sahibi kimi İsfəndiyar Axundovun adını çəkmişdilər.

Məlumat üçün deyək ki, bu hadisə nəticəsində 1 nəfərin öldüyü, 3 nəfərin isə xəsarət aldıığı barədə məlumatlar yayılmışdı.






Fikirlər